NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Güclü külək 100-dən çox ağacı kökündən çıxarıb

Oxundu: 239
Güclü külək 100-dən çox ağacı kökündən çıxarıb

Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

 

Mətbuat xidmətinin rəhbəri deyib ki, mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi rayonlarda leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib. Mayın 19-da İsmayıllı rayonunda əsən güclü külək meşə sahəsində 100-dən çox ağacı kökündən çıxarıb, bəzilərini isə sındırıb.

 

İ.İbrahimova qeyd edib ki, oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ziyan dəymiş ağacların uçotu aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system