Göygöl və Hacıkənd meşələrində biabırçı mənzərə - FOTOLAR

Oxundu: 207
Göygöl və Hacıkənd meşələrində biabırçı mənzərə - FOTOLAR

İnsanların istirahət üçün üz tutduqları məkanı zibilləməsi, məişət tullantılarını piknik etdikləri yerə atması halları ilə bağlı dəfələrlə həm mətbuatda, həm də sosial şəbəkələrdə paylaşımlar edilib. Həmin şəxslər böyük ictimai qınaqla üzləşiblər. Lakin təəssüf ki, bu hal hələ də müşahidə olunmaqdadır.

 
İslaminSesi bildirir ki, Oxu.Az-ın bölgə müxbiri yay mövsümündə turistlərin ən çox üz tutduqları Göygöl və Hacıkənd meşələrində kiçik bir reyd keçirib.
 
Mənzərə isə heç də ürəkaçan olmayıb. 
 
İnsanlar nəinki yemək qalıqlarını, hətta plastmas qabları, polietilen sellofanları istirahət etdikləri məkana – yəni meşəlik əraziyə atır. Bu materiallar torpağa qarışmır və illərlə yığılaraq, meşə ərazisində zibillik yaradır. 
 
Məişət tullantıları isə öz növbəsində antisanitar vəziyyət yaradır.
 
Zibillənmənin əsas səbəbi kimi burada zibil yeşiklərinin olmaması göstərilir. Turistlər deyir ki, zibil yeşiyi tapmadıqları üçün zibilləri elə meşəyə atmaq məcburiyyətində qalırlar.
 
Əməkdaşımızın müşahidəsi nəticəsində məlum olub ki, meşələrin çirkləndirilməsində təkcə yerli sakinlərin deyil, turistlərin də rolu var.
 
Qeyd edək ki, meşələri zibilləyən və çirkab suları ilə çirkləndirən fiziki şəxslər 600-1000 manat, vəzifəli şəxslər 2000-3000 manat, hüquqi şəxslər 6000-8000 manat cərimə edilir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system