NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Göyərtəsində 200 ton qızıl olan rus gəmisi tapılıb – Video

Oxundu: 3827
Göyərtəsində 200 ton qızıl olan rus gəmisi tapılıb – Video

Bu gəmidə ümumi dəyəri 130 milyard dollarlıq qızıl zinət əşyalarının olduğu deyilir.

İslaminSesi.info RT-ə istinadla xəbər verir ki, Çar Rusiyanın Dəniz Donanmasına aid olan bu gəmi 1904-cü ildə Cənubi-Koreya sahillərində batmışdı.

 

Son günlərdə onu tapan bir Cənubi Koreya şirkəti gəmidə olan qızılın əsas malikindən yəni Rusiyadan azı 10 faizi əldə etmək istəyir.

 

Məlumata görə, Dmitri Donski gəmisi Çar-Rusiyası və Yaponiya müharibəsində iştirak etmək üçün Baltik dənziindən bölgəyə ezam edilmişdi.

 

Bildirilir ki bu gəmi o zaman Rusiya silahlı qüvvələrinin məvaciblərini, dəniz donanmasının bölgədəki bütün xərclərini təmin etmək üçün ezam edilmişdi.

 

Hazırda Rusiyanin aidiyyatı orqanları ilə Cənubi-Koreya şirkəti gəminin tapıldığı su hövzəsində axtarışları davam etdirirlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system