NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Göyçayın kəndlərindəki xurma bağlarında xəstəlik aşkarlandı

Oxundu: 78
Göyçayın kəndlərindəki xurma bağlarında xəstəlik aşkarlandı

Göyçayın Qızılağac, Poti, Kürdəmiş kəndlərində 16 hektar xurma bağında ağacların yarpaqlarında qonur ləkəlilik xəstəliyi aşkarlanıb.

"İslaminSesi.info" bildirir ki, bu barədə  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən məlumat veriblər. Xəbərdə deyilir ki, 158 hektar xurma bağında fitosanitar müşahidələr aparılıb.

 

Araşdırmalar nəticəsində xəstəliyin törədicisinin göbələklərin olduğu müəyyən edilib. Fermerlərin nəzərinə çatdırılıb ki, kənd təsərrüfatı bitkilərinin xəstəliklərinin əlamətləri aşkar olunub-olunmamasından asılı olmayaraq yazdan mütləq profilaktiki mübarizə işləri aparılmalıdır. Xəstəliklə sirayətlənmiş bitki qalıqları, yarpaqlar yığılaraq məhv edilməlidir.

 

Qeyd edək ki, bağlarda profilaktiki mübarizə tədbirləri aparılmadıqda yarpaqların üzərində qonur ləkələr əmələ gəlir və bu səbəbdən xəstəlik qonur ləkəlilik adlanır. Xəstəliklə sirayətlənmiş yarpaqlarda qeyri-dəqiq, müxtəlif ölçüdə kənarları tünd mərkəzə doğru solğun qonur ləkələr formalaşır. Yarpaq üzərində ləkələr yayın ortası və sonunda havanın temperaturunun və nəmişliyin yüksək olması səbəbindən daha da intensiv inkişaf edir. Xəstəlik əsasən bitkinin yarpaqlarını sirayətləndirir, meyvələrdə çox az təsadüf olunur. Ciddi sirayətlənmiş ağaclarda yarpaqlar saralaraq tökülür. Sirayətlənmiş bitkilərdə fotosintez prosesi pozulduğu üçün meyvələr üzvi maddələrlə lazımınca təmin olunmur, normal fizioloji yetişmə getmir və meyvələr tökülməyə başlayır.virtualaz.org

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system