NAMAZ VAXTLARI:
  • FƏCR 03:40
  • GÜN 05:23
  • ZÖHR 12:47
  • ŞAM 20:29
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 280
Göyçayda partlayış olub- Yaralılar var

Göyçayda partlayış olub- Yaralılar var

Göyçay rayonunda fərdi yaşayış evində partlayış hadisəsi olub.

"İslaminSesi.info" xəbər verir ki, Trend-in məlumatına görə, hadisə rayonun Potu kəndində baş verib.

 

Hadisə rayonun Potu kəndində baş verib.

 

Rayonun Əli Kərim küçəsi ünvanında qeydiyyatda olan və Potu kəndində məskunlaşmış 1966-cı il təvəllüdlü Zərbəliyev Məhəmməd Şəmi oğluna məxsus evdə qaz sızmasından qəfil partlayış olub.

 

Hadisə nəticəsində ev sahibi və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Zərbəliyeva Yeganə Akif qızı yanıq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Hadisə nəticəsində Y.Zərbəliyevanın bədənin 60 faizdən artıq hissəsinin yandığı bildirilir. Qadın Respublika Yanıq Mərkəzinə köçürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system