NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Göyçay çayı üzərindəki körpü bərpa edilərək istifadəyə verilib

Oxundu: 228
Göyçay çayı üzərindəki körpü bərpa edilərək istifadəyə verilib

Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpü bərpa edilərək yenidən istifadəyə verilib.

 

İslaminSesi "Report"a istinadən   xəbər verir ki, tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Avtomobil Yolları Dövlət Agentliyinin (AYDAA) təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

 

Xatırladaq ki, bu ilin iyunun 2-də rayonda leysan yağışından sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin dəfələrlə artmasına səbəb olub. Həmçinin Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ciddi ziyan vurub və çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü dağılaraq tamamilə yararsız hala düşüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system