NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Görüşqabağı təxribatın sirri – Paşinyan sələflərini təkrarlayır

Oxundu: 1077
Görüşqabağı təxribatın sirri – Paşinyan sələflərini təkrarlayır

Nəzakət Məmmədova: “Vyana görüşündən hər hansı həlledici nəticə gözləmək üçün heç bir əsas yoxdur”

 

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında martın 29-da Vyanada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında ilk rəsmi görüş baş tutacaq.

 

Vyana göruşu ərəfəsi ermənilərin cəbhədə təxribata əl atması və bunun  nəticəsində hərbçimizin şəhid olmasını rəsmi İrəvanın danışıqlardan yayınmaq cəhdi kimi qiymətləndirən siyasi ekspertlərə görə, Paşinyan öz sələflərinin yolu ilə gedir. Analitiklərin əksəriyyətinin fikrincə, bu görüşdən pozitiv nəticə gözləntiləri kifayət qədər zəifdir. İlk rəsmi görüşdə Azərbaycan prezidentinin mövqe üstünlüyünün olduğuna diqqət çəkən ekspertlərə görə, Paşinyanın danışıqlar prosesinə Qarabağ separatçılarını qoşmaq cəhdinin baş tutmaması ermənilərin bu iddiasına qarşı rəsmi Bakının  prinsipial mövqe tutmasını şərtləndirir. Daha dəqiq desək, beynəlxalq rəy Azərbaycanın haqlı mövqeyini, o cümlədən, münaqışənin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir.

 

Bəs bu prizmadan yanaşsaq, Qarabağ probleminin həlli ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın ilk görüşündən nələr gözləmək olar? İndiyə qədərki danışıqlardan fərqli nəsə gözlənilirmi?

 

 

Mövzu ilə bağlı "İslamınSəsi" saytına danışan politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, artıq Vyana səfəri Ermənistanın təxribatı ilə müşahidə olunub. Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs yenə də intensiv şəkildə pozulub və nəticədə hərbi qulluqçumuz şəhid olub. Bu da onu göstərir ki, Ermənistan təxribatdan əl çəkmək fikrində deyil: "Martın 29-da dövlət başçıları kimi Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk rəsmi görüşdür. Buna qədər onlar Düşənbədə, Sankt-Peterburqda və Davosda qeyri-rəsmi görüşüblər. Lakin heç bir nəticə əldə olunmayıb, hansısa müsbət irəliləyiş baş verməyib".

 

Politoloqun sözlərinə görə, Paşinyanın formatı dəyişmək cəhdinin iflasa uğraması, onun danışıqlar masasına qayıtması baxımdan diqqəti cəlb edir. Amma birmənalı demək olar ki, qoşunların təmas xəttində atəşkəsə riayət etməyən dövlət danışıqlar masasında da konstruktiv mövqe tutmaq fikrində deyil: “Odur ki, Vyana görüşündən hər hansı bir həlledici nəticə gözləmək üçün məncə əsas yoxdur. Daha dəqiq desəm, Paşinyanın öz sələfləri kimi, cığallıq edib müxtəlif bəhanələrlə danışıqlardan yayınması, qeyri-konstruktiv mövqe tutacağı şübhə doğurmur”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system