"Google" axtarış sistemində nasazlıq yaranıb

Oxundu: 428

Dünyanın bir neçə ölkəsində "Google"axtarış sisteminin işində nasazlıq müşahidə edilib.

 

“İslaminSesi” - TASS-ın məlumatına görə bu barədə məşhur internet resursların işini izləyən "Downdetector" xidməti bildirib.

 

"Google"nin fəaliyyətində problemlər ABŞ-ın şərq sahilində, yerli vaxtla saat 18:37-dən müşahidə olunub", – deyə xəbərdə bildirilir.

 

Nasazlıqlardan ən çox ABŞ istifadəçiləri şikayət ediblər. Problemlərlə həmçinin Braziliya, Peru, Böyük Britaniya, İspaniya, Rusiya, Türkiyə, Hindistan, Yaponiya və Avstraliyanın internet istifadəçiləri qarşılaşıblar.

 

Daha əvvəl "Google" şirkəti proqramın işində yaranmış problem nəticəsində "Google+" sosial şəbəkəsinin təqribən 500 min istifadəçisinin şəxsi məlumatının aşkara çıxdığını təsdiq edib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system