NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Gömrükdəki əməliyyatda həbs edilən şəxslərin işi - Prokuror iki şəxsin həbsini istədi

Oxundu: 96
Gömrükdəki əməliyyatda həbs edilən şəxslərin işi - Prokuror iki şəxsin həbsini istədi

Hava gəmilərində istifadə edilən külli miqdarda cihazı ölkə çıxarmağa çalışarkən saxlanılan şəxslər hakim qarşısına çıxarılıb.

"İslaminSesi.info"  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Qarayev Ələddin Fəyyaz oğlu, Əhmədov Fərman Allahyar oğlu, Mehdiyeva Südabə Gülməmməd qızı və Rusiya vətəndaşı Axundov İdris Nəsib oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Təqsirləndirilənlərdən Südabə Mehdiyeva və Fərman Əhmədov barəsində həbs qətimkan tədbiri seçilməyib. Onlar hazırda ev dustaqlığındadır.

 

Sonuncu məhkəmə iclasında prokuror çıxış edib. Prokuror təqsirləndirilən şəxslərin hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilmələrini, ev dustaqlığında olan Südabə Mehdiyeva və Fərman Əhmədov barəsində də həbs qətimkan tədbirinin seçilməsini istəyib.

 

Xatırladaq ki, Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsində hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısının alınması ilə bağlı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, həmin cihazlar cinayətkar qrupun üzvü tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycandan Rusiyaya aparılarkən "Samur" gömrük postunda aşkar edilib. Fakt əsasında Komitənin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılıb. İstintaq nəticəsində cinayətkar qrupun 4 üzvü, Azərbaycan vətəndaşları - Qarayev Ələddin Fəyyaz oğlu, Əhmədov Fərman Allahyar oğlu, Mehdiyeva Südabə Gülməmməd qızı və Rusiya vətəndaşı Axundov İdris Nəsib oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə onlara ittiham elan edilib.

 

Əldə edilən razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Ə.Qarayev gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilərək qonşu ölkəyə göndərmək məqsədilə ümumilikdə 68 adda cihazı yaşadığı Ağcabədi rayonunun Qaradolaq kəndindən Bakı şəhərinə, F.Əhmədova göndərib. O isə həmin malları Bakının Qaradağ rayonundakı "Sədərək" bazarında S.Mehdiyevaya təhvil verib. Nəhayət, həmin mallar sonuncu şəxs tərəfindən ölkənin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirilərkən gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system