NAMAZ VAXTLARI:
  • FƏCR 05:28
  • GÜN 06:48
  • ZÖHR 12:49
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Gömrük Komitəsi sahibkarları incidir? - RƏSMİ

Oxundu: 235
Gömrük Komitəsi sahibkarları incidir? - RƏSMİ

Yanvarın 9-da bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin sahibkarlara süni maneələr yaratmasına dair məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsi həmin məlumatlara münasibət bildirib. DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən  bildirilib ki, yazılarda adları çəkilən şəxslərin müraciətə əlavə etdikləri sənədlərdən aydın olur ki, idxal etdikləri mal “NB GROUP” MMC tərəfindən ölkəyə gətirilib:

 

“Müraciətlərində şirkətlərini “rəsmi qeydiyyatdan keçmiş və Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərən şirkətlərdən biri” kimi təqdim etsələr də, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin “NB GROUP” MMC-yə ünvanlandığı 21 dekabr 2018-ci tarixində keçirilən məhkəmə iclasının Qərardadında yazılanlar sahibkarların dediyi ilə üst-üstə düşmür.

 

Qərardaddan aydın olur ki, “NB GROUP” ASC adlı hüquqi şəxsin nümayəndəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə “NB GROUP” MMC –yə qarşı ona məxsus adın oxşarından istifadə etdiyinə, bu ad altında satışla məşğul olduğuna və bununla da şirkətə 200000 min manat zərər vurduğuna dair iddia ərizəsi ilə müraciət edib.

 

Həmin iddia ərizəsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı Qərardadda qeyd edilir ki, cavabdeh “NB GROUP” MMC tərəfindən gömrük nəzarəti orqanlarında iddiaçının istifadəsində müstəsna hüququ olan “NB GROUP” ASC-nin oxşarı adı altında Azərbaycan Respublikasına idxal və ixrac olan malların keçirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilsin, həmçinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla iddia tələbi həcmində həbs qoyulsun”

 

“Göründüyü kimi, gömrük orqanları məhkəmənin Qərardadını icra edib. Məhkəmənin qərarını icretmək isə inhisarçılığa şərait yaratmaq demək deyil. Bəzi üzdəniraq qələm sahiblərinin də bunu anlamasında yarar var.

 

Gömrük orqanlarının fəaliyyətini şübhə altına alan məlumatları hər hansı rəsmi mövqe öyrənmədən yayımlayan kütləvi informasiya vasitələrinə gəlincə isə, bildirmək istəyirik ki, Dövlət Gömrük Komitəsi, onun əməkdaşları ucuz böhtan, yalan və şantajla deyil, qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərir”,-deyə rəsmi məlumatda bildirilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system