Gizli həbsxanalar, işgəncələr, qul əməyi - Azərbaycanlı alim Ermənistandakı əsirlərimiz haqda DƏHŞƏTLİ faktların izinə düşdü

Oxundu: 263
Gizli həbsxanalar, işgəncələr, qul əməyi - Azərbaycanlı alim Ermənistandakı əsirlərimiz haqda DƏHŞƏTLİ faktların izinə düşdü

Dəmir məftillərlə çəpərlənmiş bölgədə işləyənlərin şəxsiyyəti ilə maraqlananlar heyrətə gəliblər

 

Dağlıq Qarabağda qanlı müharibələrin başladığı ilk günlər azərbaycanlı əsirləri Şuşa və Xankəndi həbsxanalarında saxlayan ermənilər onları Qırımızı Xaç və digər beynəlxalq təşkilatlardan gizlətmək üçün bir neçə əsas gizli məkan seçirlər. Onlardan biri Spitak şəhərində zəlzələ nəticəsində yararsız hala düşən binaların birində yaradılan gizli düşərgə (Ermənistan, ünvan: 306-cı məhəllə), digərləri Əsgəran rayonunda (Qarabağ) yerləşən bankın zirzəmisi və Şuşa həbsxanasının zirzəmisi idi. Girov götürülmüş qadınlar isə Xankəndidə uşaq bağçalarında saxlanılırdı.

 

Məlumatlara görə, digər azərbaycanlılar işğal olunmuş ərazilərdəki əsir düşərgələrindədir: Kəlbəcər rayonunda qızıl çıxarılan mədənlərin içərisində, Gümrüdə keçmiş hərbi bazalarda...

 

Əsirlər ilk olaraq işğal olunan rayonlarda ermənilərin talançılıq məqsədi ilə fəhlə kimi işlədilib. Ermənistan və Qarabağda çoxlu sayda azərbaycanlı əsir saxlanılır. Amma onlar bu adamların konkret saxlanma yerini açıqlamağa qorxurlar. Hazırda onların bir çoxu Kəlbəcər rayonunun Zod kəndi, Ağduzdağ və Tutxun qızıl yataqlarında qul kimi işlədilir.

Əsasən, əsir azərbaycanlıların bir qismi Kəlbəcərdə saxlanılır. İrəvanda, Gümrüdə də əsir azərbaycanlılar az deyil. Onlardan, əsasən, ağır fiziki işlərdə istifadə olunur.

 

ABŞ-da siyasi sığınacaq alan keçmiş hərbçi Mesrop Martirosyanın bir neçə il öncə ABŞ məhkəməsinə verdiyi ifadələrdə qeyd olunur ki, Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlı əsirlər saxlanır və onların sayı çoxdur. Martirosyan həmin əsirlərə işgəncə verildiyinin şahidi olduğunu deyib.

 

“Qonşu ölkələrdən birinin vətəndaşları Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Zod kəndi yaxınlığındakı ərazilərdə yerləşən mədənləri gəziblər. Ermənistanda mədənlərdə işləyən ac, səfil vəziyyətdə çoxlu insan görüblər. Dəmir məftillərlə çəpərlənmiş bölgədə işləyənlərin şəxsiyyəti ilə maraqlananlar heyrətə gəlib. Onlara rəhbərlik edən erməni, Zod qızıl mədənlərində işləyənlərin azərbaycanlı əsirlər olduğunu deyib.”

 

Bu sözləri işğal altındakı Qarabağda yaşyan ermənilərdən Gürcüstana turist kimi gələnlər bildirmiş və qeyd etmişlər ki, Ermənistan və Qarabağda çox azərbaycanlı əsir saxlanılır. Onlar bildirib ki, əsir azərbaycanlıların bir qismi Kəlbəcərdə saxlanılır. “Bizə dedi ki, İrəvanda, Leninakanda, Gümrüdə də əsir azərbaycanlılar az deyil. Onlardan əsasən ağır fiziki işlərdə istifadə olunur. Təəssüf ki, fotoşəkillər çəkməyə imkan vermədilər. Yoxsa, gördüklərimizi lentə alıb, bütün dünyaya yayardıq”.

 

Zaur Əliyev,

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system