NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Giriş qadağandır”, ancaq məhəl qoyulmur - FOTO

Oxundu: 358
“Giriş qadağandır”, ancaq məhəl qoyulmur - FOTO

Bakının Yasamal rayonunun Əsəd Əhmədov küçəsində bu günlərdə “Giriş qadağandır” nişanı qoyulub. Buna baxmayaraq, hazırda həmin istiqamətdə hərəkət davam edir.

"İslaminSesi.info"  xəbər verir ki, sakinlər nişanın məcburi tələblərinin pozulması haqqında danışırlar.

 

“Bu nişanın tələblərini pozmaq məcburiyyətindəyəm. Çünki mənim evimə alternativ yol yoxdur. “Giriş qadağandır” nişanı necə qoyula bilər? Bu, real deyil. 

 

Burada yüzlərlə insan yaşayır. Bu istiqamətdə 77 nömrəli avtobus hərəkət etməlidir. 

 

Qaydanı pozmaq məcburiyyətindəyik, ancaq burada təhlükəsiz şəhər kameraları var. Ədalətsiz cərimələr ödəməli olacağıq”, - Əsəd Əhmədov küçəsi 28 P. ünvanında yaşayan sürücülərdən biri deyib.

 

Bununla əlaqədar Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədova müraciət etdik.

 

V.Əsədovun sözlərinə görə, yol nişanı Əsəd Əhmədov küçəsindəki təmir işləri ilə əlaqədar quraşdırılıb. 

 

“Əgər nişan varsa, onun tələblərinə riayət etmək lazımdır. Həmin ərazidə təhlükəsiz şəhər kameraları var. Onların vasitəsilə qayda pozanlar müəyyələşir. Bu ərazidə yaşayanlar isə “Giriş qadağandır” nişanının tələblərinin pozulması ilə bağlı narahat olmaya bilərlər. 

 

Əgər onlar cərimə haqqında bildiriş alsalar, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə bu ərazidə yaşamaqları ilə bağlı məlumat verə bilərlər.

 

Araşdırmalardan sonra cərimə ləğv ediləcək”, - Əsədov qeyd edib. 

 

Polis polkovniki əlavə edib ki, bu ərazidəki yol nişanı müvəqqətidir. Yaxın günlərdə bu yolda hərəkət tamamilə bərpa ediləcək.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system