General Xəlifə Haftar paytaxt Tripoli istiqamətində "həlledici hücum" əmri verib

Oxundu: 133
General Xəlifə Haftar paytaxt Tripoli istiqamətində

Liviyanın şərq və cənub əyalətlərini nəzarətdə saxlayan "Milli Ordu"nun generalı Xəlifə Haftar paytaxt Tripolini "Milli Barışıq Hökuməti"ndən almaq üçün "həlledici döyüş"əmri verib.

İslaminSesi əl-Məyadinə istinadla xəbər verirki, "Liviya Milli Ordusu"nun komandanı general Xəlifə Haftar paytaxt Tripoli və ətraf əyalətləri "Milli Barışıq Hökuməti" qüvvələrindən almaq üçün yeni əməliyyatın başlaması haqda əmr verib.


O bu hücumu "həlledici döyüş" adlandırıb.


General Xəlifə Haftar ötən günkü çıxışında paytaxt Tripolini nəzarətə saxlayan hökuməti "ölkənin suverenliyini satmış xainlər" adlandırıb.


Qeyd edək ki, Türkiyə ilə Liviya arasında dəniz hüququnun məhdudlaşdırılmasına dair memorandumdan sonra bır sıra ərəb ölkələri, İsrail, Yunanıstan, bəzi Avropa dövlətləri pisləyici bəyanat veriblər./SalamNews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system