General Süleymanini və Seyyid Nəsrullahı öldürmək mümkün olmayıb – Mossad

Oxundu: 140
General Süleymanini və Seyyid Nəsrullahı öldürmək mümkün olmayıb  – Mossad

İsrailin kəşfiyyat orqanı olan Mossad, general Qasim Sülaymani və Seyyid Həsən Nəsrullah haqqında bəzi eriraflar edib.

 

İslaminSesi.info bildirir ki, İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri Yossi Cohenin bildirdiyinə görə İslam İnqilabı Keşikçiləri Korpusu Quds Qüvvələri komandiri general-mayor Qasim Süleymani hələ də Mossadın “həll edilmişlər” siyahısına düşməyib.

 

Yossi Cohenin dediyinə görə : “Süleymani bizim siyahımıza düşmək üçün hələki xətaya yol verməyib, lakin o üzü də bilir ki, sui-qəsd mümkünsüz deyil.”

 

Mossad rəhbəri, Süleymaninin fəaliyyətlərini yaxşı bildiyini, həmçinin bu işdə öz uğursuzluqlarının səbəbini araşdırdığını da etiraf edib.

 

Kəşfiyyat rəhbəri, Hizbullah lideri Seyyid Həsən Nəsrullahı da sui-qəsdlə aradan qaldıra biləcəklərini deyib. Lakin bunu nə üçün etmirlər sualını cavablandırmaqdan imtina edib.

 

Mossad rəhbəri ölkəsinə qarşı təhdidləri uzaqlaşdırmaq üçün hüdudlardan kənarda sui-qəsdlər həyata keçirdiklərini də bildirib.

 

İran barəsində sualı cavablandıran kəşfiyyat rəhbəri İranın hazırda ölkəsi üçün bir təhlükə yaratmadığını deyib.

 

Qasim Süleymaniyə qarşı sui-qəsdin uğursuzluğuna toxunun Mossad rəhbəri bu işdə İsrail və Ərəb kəşfiyyatını günahlandırıb.

 

Xatırladaq ki, bir neçə gün öncə İran mediası bu ilin Aşura günü Qasim Süleymaniyə qarşı sui-qəsd cəhdinin qarşısını aldığı barədə məlumat yaymışdı.

 

Mənbə- əlAləm

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system