NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 2020
General Qasim Süleymani sionist İsrail rejiminə sürpriz hazırlayır - İsrail təşvişdə

General Qasim Süleymani sionist İsrail rejiminə sürpriz hazırlayır - İsrail təşvişdə

Sionist İsrail ordusunun müdafiə naziri Aviqdor Liberman ötən həftə keçirilən tolantı zamanı Suriyanın T4 hərbi bazasına etdikləri son hücumdan sonra İran tərəfindən cavab zərbəsinə hazır olmağa çağırmışdı.

İslaminSesi.info. Bununla əlaqdar olaraq sionist rejimin Yedioth Ahronoth qəzeti, İsrail ordusunun özünü İranın PUA və reketlərlə ehtimal olunan hücumuna hazırladığını yazıb. Qəzetin xəbərinə görə, sionist rejimi general Qasım Süleymaninin hərəm müdafiəçilərindən 7 nəfərin şəhadəti ilə nəticələnən son T-4 Suriya təcavüzünün intiqamını almaq üçün planlar hazırladığına inanır.

 

Bu proqnozlara əsasən İran, İsraili vurmaq üçün öz qüvvələrini göndərmək yerinə, keçmişdə də etdiyi kimi raket və ya PUA-lardan istifadə edəcək.

 

Sionist ordu bu hücumların qorxusundan həyəcan vəziyyətinə keçib və Yedioth Ahronoth da bu məsələyə işarə edərək belə yazıb: Fəth110, Fəcr5 və 1300 km mənzilli Şahab balistik raketləri kimi ikinci nəsil orta və qısa mənzilli qurudan quruya İran raketləri, İran ərazilərindən İsraili vura biləcək qabiliyyətdədir.

 

Qəzet bunu da xatırladıb: Üçüncü nəsil raketlərə və İsrail təyyarələrini təsbit edəcək radar sistemlərinə malik olan İran İnqilab Mühafizəçiləri, bunların bir qismini Suriyaya nəql etdirib. Nəql İranın Hərbi Hava Qüvvələrinin komandiri general Hacızadə tərəfindən əvvəlindən sonadən idarə edilib.

 

Xəbərin davamında bu məlumatlara da yer verilib: İran, Rusiya istehsalı olan İl-76 hərbi yük təyyarələrindən istifadə edərək "Hizbullah"a döyüş təchizatı və ya raket daşıya və ya İnqilab Mühafizəçilərinin Suriyadakı hava qüvvələri bazasına PUA və ya raket nəql edə bilər.


Sionist mənbələri həmçinin İranın bu intiqam zərbələrini sionist rejimim quruluşunun 70-ci ildönümünün qeyd olunacağı 15 Mayda həyata keçirə biləcəyini yazırlar.(irangerçekleri.net)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system