NAMAZ VAXTLARI:
  • FƏCR 05:09
  • GÜN 06:29
  • ZÖHR 12:33
  • ŞAM 18:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 124
Gəncədə pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlar aşkarlanıb

Gəncədə pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlar aşkarlanıb

Hesablama Palatasının Kollegiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi (Şöbə) üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair həyata keçirilmiş auditin nəticələrini təsdiqləyib.

İslamınSəsi Oxu.Az -a  istinadən bildirir ki,  sığortaedənlərin və sığortaolunanların qeydiyyatı və uçotu əsasən mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmış, 01.01.2017-ci il tarixə Şöbədə 6055-nin fəaliyyəti olmaqla, cəmi 12379 təsərrüfat subyekti, o cümlədən büdcə sektoru üzrə 34-nün fəaliyyəti olmaqla, 40, qeyri-büdcə sektoru üzrə 413-nün fəaliyyəti olmaqla, 1036 hüquqi şəxs, 5608-nin fəaliyyəti olmaqla, 11303 fiziki şəxs qeydiyyatda olub. 

 

Auditə təqdim olunmuş müvafiq məlumatlara əsasən, 2016-cı il ərzində şöbədə qeydiyyatda olan və fəaliyyət göstərən sığortaedənlər tərəfindən 18557,6 min manat həcmində əmək ödənişi və gəlirlər hesablanıb. Bunun da 37,2 min manatı və ya 0,2%-i məcburi dövlət sosial sığortasına cəlb edilməyən, 18520,4 min manatı və ya 99,8%-i məcburi dövlət sosial sığortasına cəlb edilən gəlirlər olub.

 

Məcburi dövlət sosial sığortasına cəlb edilən gəlirlər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqı 5303,6 min manat təşkil edib.

Əmək pensiyalarının təyinatı və ödənişi araşdırılarkən müəyyən olunub ki, audit olunan dövr ərzində 1190  yeni pensiya təyinatı aparılıb.

 

171  nəfər əmək pensiyaçısı pensiyanın bir növündən  digər növünə keçirilib. 33 pensiya işi fondun digər rayon şöbələrindən daxil olub. 72 pensiya işi pensiyaçının köçməsi ilə əlaqədar fondun digər şöbələrinə göndərilib. 897 pensiya işi üzrə ödəniş pensiyaçının vəfat etməsi ilə əlaqədar dayandırılıb.

 

Pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlara yol verilib. Bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sığorta) stajları haqqında məlumatlar, ailə başçısını itirməyə görə əmək pensiyası təyinatı aparılarkən əmək qabiliyyətsiz ailə üzvlərinə pensiya təyin olunub-olunmaması ətraflı araşdırılmadan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı zamanı güzəştli iş stajı tam dəqiqləşdirilmədən və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılıb.

 

Müvafiq məlumatlara əsasən, 01.01.2016-cı il tarixdən ünvanlı dövlət sosial yardımının (ÜSY) Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə həyata keçirilməsinə başlanılanadək 698 ÜSY təyinatı aparılmış, həmin dövr ərzində 59 təyinat üzrə ÜSY ödənişi müxtəlif səbəblərdən dayandırılıb. 

 

Araşdırma zamanı müəyyən edilib ki, bir sıra hallarda ailənin sosial müavinətlərdən, əmək pensiyalarından və əmək haqlarından gəlirləri, həmçinin ailənin istifadəsində nəqliyyat vasitəsi olması haqqında ərizəçi tərəfindən məlumat verilməyib.

 

Müxtəlif səbəblərdən bağlanmış ÜSY hesabları üzrə bank qalıqları qalmış, 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişi dayandırılmayıb.

 

Nazirliyin internet səhifəsində ÜSY alanların siyahısı üzrə məlumatlara əsasən, Gəncə şəhəri üzrə 1336 ailəyə VEMTAS vasitəsilə təyinat aparılıb.  Auditin gedişində VEMTAS vasitəsilə ÜSY təyinatının düzgünlüyünün araşdırılması məqsədilə nazirliyin internet saytındakı adlı siyahıdan seçmə qaydada 53 ÜSY işi üzrə monitoriq təşkil edilib.  

 

Monitorinq zamanı ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, müraciət etmiş ailənin tam fərqli ünvanda yaşaması və ya qeydiyyat ünvanında ailəni tanımayan vətəndaşların yaşaması, ailə başçısının itirilməsinə görə əmək pensiyası, həmçinin güzəştlər qismində sosial müavinət alan şəxslərin VEMTAS tərəfindən üzrlü səbəbdən işləməyən şəxslər kimi qəbul edilməsi kimi ümumi nöqsanlarla yanaşı, ümumi ev təsərrüfatında olan ailələrin ayrılıqda təqdim etdikləri elektron müraciətlərində göstərdikləri eyni ünvan və eyni elektrik sayğacı nömrəsinin, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara rast gəlinib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system