Gəncədə oğurluq edənlər Bakıda saxlanıldı

Oxundu: 547
Gəncədə oğurluq edənlər Bakıda saxlanıldı

Gəncədə oyun salonlarından oğurluq edənlər tutulub.

"İslaminSesi.info"  bildirir ki, DİN-dən  verilən məlumata görə, iyulun 18-nə keçən gecə Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində oyun zallarının birindən oğurluq edilməsi barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə müraciət daxil olub.

 

Dərhal Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin obyektdən damı sökmək yolu ilə 4 ədəd televizorun və 4 oyun aparatının oğurlandığı məlum olub.

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər Bakı şəhəri ərazisində Xətai RPİ 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Gəncə şəhər sakinləri Orxan Həsənov, Emil Quliyev və əvvəllər məhkum olunmuş Ruslan Nəsirov olduqları müəyyən edilib.

 

Onlardan bir ədəd televizor və oyun aparatı maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system