NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Gəncədə mənzildən oğurluq edən şəxslər saxlanıldı

Oxundu: 166
Gəncədə mənzildən oğurluq edən şəxslər saxlanıldı

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mənzildən oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, 26 yaşlı Daşkəsən rayon sakini Rüfət Nəcəfov, 24 yaşlı Goranboy rayon sakini Valeh Ramazanov, 29 yaşlı Göygöl rayon sakini Pərviz Məmmədov və 27 yaşlı Gəncə şəhər sakini Zəka Qoyuyev mənzilə daxil olaraq oradan 500 manat nağd pulu, 16700 manat dəyərində qızıl-zinət əşyalarını, 150 manat dəyərində bir ədəd mobil telefonu və 40 manat dəyərində DVD aparatını oğurlayıblar.

 

Onlar maddi sübutla birgə saxlanılaraq istintaqa təhvil veriliblər.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system