NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Gələn ilin sonuna qədər Azərbaycanda 2 ədəd Ro-Ro tipli gəmi inşa ediləcək

Oxundu: 173
Gələn ilin sonuna qədər Azərbaycanda 2 ədəd Ro-Ro tipli gəmi inşa ediləcək

Gələn ilin sonuna qədər "Bakı Gəmiqayırma Zavodu" MMC "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC üçün 2 ədəd Ro-Ro tipli gəmi inşa ediləcək.

 

İslaminSesinin "Report"a istinadən  məlumatına görə, bunu jurnalistlər üçün təşkil olunan təlimdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Xudayar Həsənli bildirib.

 

Onun sözlərinə görə, həmin gəmilərlə 50 ədəd TIR tipli yük maşını, 44 yük vaqonu və 100 sərnişin daşımaq mümkün olacaq. 

 

X.Həsənki qeyd edib ki, son vaxtlar Azərbaycan ərazisi ilə TIR-ların hərəkəti azalıb: "Əvvəllər Türkiyə ilə Rusiya arasında problem olanda, yüklər Xəzər dəniz vasitəsi ilə daşınırdı, indi də bu iki ölkə arasında əlaqələr düzəlib deyə, ənənəvi marşrutlar bərpa olunub, bununla belə, bizim daşımalar hələ də var".

 

Bakı limanı rəsmisi həmçinin deyib ki, ötən ilin I yarısı müqayisədə bu ilin I yarısında sərnişin daşınması 37% artıb. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system