NAMAZ VAXTLARI:
  • FƏCR 06:00
  • GÜN 07:23
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Gələn ilin büdcəsindən də şəhid ailələrinə vəsait ayrılacaq

Oxundu: 121
Gələn ilin büdcəsindən də şəhid ailələrinə vəsait ayrılacaq

“2019-cu ilin dövlət büdcəsi sosialyönümlü olacaq”.

 

İslaminSesi bildirir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

 

Komitə sədrinin sözlərinə görə, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən dövlət başçısı İlham Əliyev deyib ki, 2019-cu ilin dövlət büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olacaq.


“Və o cür də büdcə parlamentə gəlib. Büdcə müzakirələri zamanı biz də sosial müdafiənin gücləndirilməsi üçün müəyyən təkliflərimizi verəcəyik. Bildiyimiz kimi, şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsini nəzərdə tutan sərəncam imzalanıb. Həmin sərəncamın icrasını həyata keçirmək üçün müəyyən hissə vəsait bu ilin büdcəsindən, qalan vəsait isə 2019-cu ilin dövlət büdcəsindən ayrılacaq”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system