Gələn ilin büdcəsində bu sahələrə daha çox pul ayrılıb - Nazir

Oxundu: 73
Gələn ilin büdcəsində bu sahələrə daha çox pul ayrılıb - Nazir

"2020-ci ildə gömrük orqanları vasitəsilə dövlət büdcəsinə 4 milyard manat vəsaitin daxil olması gözlənilir. Növbəti il bir çox sahələrdə xərclər də artacaq".

 

İslaminSesi Modern.az - a istinadən  xəbər verir ki, bu barədə Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

 

Nazir qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsi layihəsində icbari tibbi sığortanın yeni mərhələsinə dair məbləğ nəzərdə tutulur.

 

"Gələn il üçün bu illə müqayisədə elm, təhsil, mədəniyyət, hüquq-mühafizə, gənclər siyasəti və digər sahələrə daha çox məbləğ ayrılıb. Büdcə layihəsində əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması üçün ehtiyac meyarının və yaşayış minimumunun artırılması nəzərdə tutulur", - deyə S.Şərifov bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system