NAMAZ VAXTLARI:
  • FƏCR 06:29
  • GÜN 07:56
  • ZÖHR 12:36
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Gədəbəydə ağacları kəsən şəxs cərimələnib

Oxundu: 286
Gədəbəydə ağacları kəsən şəxs cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Gədəbəy rayonu Arıqıran kəndi ərazisində ağac kəsintisi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

"İslaminSesi.info" bildirir ki, ETSN-dən  verilən məlumata görə, araşdırma zamanı Gədəbəy rayonun Arıqıran bələdiyyəsinə məxsus torpaq sahəsində köküstə yaş 2 ədəd gavalı ağacının kənd sakini Sahib Məmmədov tərəfindən kəsildiyi aşkar edilib və təbiətə 220 manat məbləğində ziyan dəydiyi məlum olub.

 

Faktla bağlı protokol tərtib olunub və qanun pozucusu İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system