Gavalının bilmədiyiniz 10 faydası: MİN BİR DƏRDİN DƏRMANI...

Oxundu: 213
Gavalının bilmədiyiniz 10 faydası: MİN BİR DƏRDİN DƏRMANI...

İlk dəfə gavalı ağacının meyvələrini qurudub qara gavalı adlı faydalı quru meyvəyə çevirən xalqlar Xəzər dənizi sahillərində olub. Qara gavalının tarixi VI əsrə gedib çıxır.

 
İslaminSesi  medicina.az-a istinadən indi mövsümü olan və qurudulmaq üçün də bol olan gavalının tərkibi və orqanizmə ən əsas faydaları haqqında məlumatı təqdim edir:
 
100 qr gavalıda – 
 
A, B5, B6,B2,B9, C vitaminləri, fosfor, maqniy, kaliy, natrium, ftor, kalsium vardır. Gavalı istər təzəsizi, istər qurusu insanın bütün orqan sistemləri üçün vacibli, faydalıdır. Həkimlər çox zaman onu işlədici, öd qovucu və öd şirəsinin hasili üçün təyin edirlər.
 
1.Osteoporoz, sümük zəifliyi
 
Hazırda geniş yayılan bu bəlaya qarşı gavalı istifadə edilə bilər. Gündə 10 ədəd gavalı yemək qadınlarda və xərçəng xəstələrində sümük əriməsi və qırılmasının qarşısını alar. Hətta əncir belə bu təsirinə görə gavalıyla yanaşı dura bilməz.
 
2.Ürək xəstəliklərində
 
Gavakı yedikdə orqanizmə daxil olan polifenol, kaliy və nutrientlər ürək damar və əzələrinə möhkəmlik, elastiklik verir, ürək döyüntülərini normallaşdırır. Davamlı gavalı yedikdə ürək xəstəliklərinin yaranmasının qarşısını almaq olar.
 
3.Böyrəklər üçün
 
Gavalı sidikqovucu, böyrək təmizləyicidir, orqanizmdə maye artıqlığından şişi aparır, böyrəklərdən şlak və toksinləri təmizləyir.
 
4.Gözlər üçün
 
A vitamini görməni artırdığı üçün deməli gavalı da gözlər üçün faydalıdır. Kompüter qarşısında işləyənlər, cərrahlar və göz yorğunluğu olanlar hər gün 4-5 ədəd gavalı yesinlər.
 
5.Avitaminozda
 
Avitaminoz – bir çox faydalı vitaminləri defisit olan insanlar elə 5-6 ədəd gavalı yeməklə bu problemi 50% həll etmiş hesab edilir.
 
6.Boğaz gəlməsi, angina
 
Gavalının qabığı altında lətində iltihab və mikrob əleyhinə kimyəvi birləşmə vardır. Ona görə angina, stomatit və digər ağız, boğaz irinli xəstəliklərdə gavalı qaynadılmış dəmləmə ilə qarqara etmək lazımdır.
 
7.Orqanizmi cavanlaşdırır
 
Antioksindantlarla zəngin olan gavalı səhbəst radikalları zərərsizləşdirir, orqan və toxumaların qocalmasının qarşısını alır, bədəni gümrah saxlayır
 
8.Onkoloji şişlərə qarşı
 
Şişlərin yaranmasına səbəb olan zərərli radikalları çıxardığından həm xərçəngdən qorunmaq, həm də xəstəlik zamanı şişlərə qarşı gavalı və qurusu möcüzə təsir göstərir.
 
9.İmpotensiya və cinsi istəksizlikdə
 
Kişilərdə potensiyanı bərpa edir, eakulyatın tərkibini yaxşılaşdırır, qadınlarda klimakterik sindromu yavaşıdır, menstruasiyanı bərpa edir.
 
10. Sinir sistemini yaxşılaşdırır
 
B qrup vitaminlərlə zəngin olduğu üçün sinir sistemini möhkəmlədir, orqanizmi stresdən qoruyur, əsəbləri sakitləşdirir, həyəcanı azaldır, yuxusuzluqla mübarizə aparır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system