NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 218
G7 ölkələri arasında bir ilk - Kanada narkotiki qanunləşdirdi

G7 ölkələri arasında bir ilk - Kanada narkotiki qanunləşdirdi

Kanada parlamenti narkotikdən istifadəni qanunləşdirib.

İslaminSesi bildirir ki, G7 ölkələri arasına Kanada marixuananın zövq üçün istifadəsini qanunləşdirən ilk ölkə olub. Kanada senatında 29 nəfərə qarşı 52 səslə qanun qəbul olunub. Bu qanunla kanadadlılar artıq narkotiki ala, sata, istifadə edə və yetişdirə biləcəklər. Kanada bu addımla Uruqvaydan sonra ikinci olarkən, G7 və qərb ölkələri arasında bir ilkə imza atdı. 

 

Qeyd edək ki, Uruqvay 2013-cü ildən narkotiki ilk qanuni şəkildə istifadəsinə izn verən ölkə olmuşdur və keçən ildən apteklərdə sərbəst satışı həyata keçirilir. ABŞ-da isə Vaşinqton daxil olmaqla 9 ştatda buna icazə verilir. 

 

Xatırladaq ki, Kanada da narkotikin istifadəsi 1923-cü ildən qadağan idi. 2001-ci ildən isə tibbi niyyətlə istifadəsinə izn verilmişdi. Kanadada hazırda hakimiyyətdə olan Liberallar partiyasının lideri Castin Trideau bunu seçki öncəsi vədlərindən biri etmişdi. O sosial şəbəkə hesabında bu barədə belə paylaşım edib: "Uşaqlarımızın narkotika əldə etməsi çox asanlaşıb. Cinayətkarlar da bundan mənfəət əldə etməyə başlayıblar. Bu gün bunu dəyişdiririk. Narkotiki qanuniləşdirmək və qaydaya salmaq planımız Senatda qəbul olundu" 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system