Futbol tarixində ikinci ən böyük qələbə: 56:0

Oxundu: 118
Futbol tarixində ikinci ən böyük qələbə: 56:0

Braziliyada keçirilən qadın futbolçular arasında “Flamenqo” – “Qremino” oyunu tarixə düşüb.

İslaminSesi-nin məlumatına görə, Rio ştatının çempionatında baş tutan oyunda ev sahibləri 56:0 hesabı ilə qalib gəlib.


Bu, Braziliya çempionatlarında ən böyük hesabdır. Ümumilikdə isə “Flamenqo”nun qələbəsi futbol tarixində rəsmən qeydə alınan ikinci ən böyük nəticə olub.
Mütləq rekord Madaqaskar çempionatına məxsusdur. 2002-ci ildə “Adema” “Lemirn”i 149:0 hesabı ilə məğlub edib.


“Flamenqo”ya qədər ikinci sırada Avstraliya yığması qərarlaşmışdı. 2001-ci ildə baş tutan görüşdə avstraliyalılar Amerika Samoasını 31:0 hesabı ilə yenib. /APA/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İDMAN XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system