NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək - VİDEO

Oxundu: 664
Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək - VİDEO

"Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək".

 

"İslaminSesi" xəbər verir ki, bunu "Report"un Rusiya bürosuna açıqlamasında onun vəkili Elman Paşayev deyib.

"Jurnalist Fuad Abbasov Moskvada Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Mən indi onunla görüşdüm. Fuad bəzi prosedurları keçdikdən sonra mayın 28-i axşam saatlarında Azərbaycana deportasiya ediləcək". 

 

Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir. 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system