NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:50
  • ZÖHR 12:39
  • ŞAM 19:46
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Fuad Abbasov həbs edildi - Deportasiya olunur

Oxundu: 174
Fuad Abbasov həbs edildi - Deportasiya olunur

Moskvada həbs edilən azərbaycanlı jurnalist Fuad Abbasov Rusiyadan deportasiya edilir.

 

"İslaminSesi" Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə qərar dünən Moskva məhkəməsi tərəfindən qəbul edilib.

 

“Polis Abbasovun mənzilində axtarış apardıqdan sonra onu həbs edib. Abbasovun deportasiyası bazar ertəsi həyata keçiriləcək, – mənbə bildirib.

 

Qeyd edək ki, Fuad Abbasovun deportasiyasının tələbi ilə Rusiyanın bir neçə azərbaycanlı icması Moskva məhkəməsinə müraciət edib.

 

Xatırladaq ki, son zamanlar Rusiyada Azərbaycan diasporu ətrafında böyük bir qalmaqal yaşanıb. Belə ki, Rusiya ictimaiyyətinin bir sıra aktivistləri Abbasovu diaspor təşkilatının yeni rəhbəri postuna təyin edib.

 

Rusiyada Azərbaycanlılar Konqresinin və Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) rəhbərliyi də daxil olmaqla, digər fəallar isə bu təşəbbüsə qarşı çıxıb və Fuad Abbasovu ittihamçı adlandırıblar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system