NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Fransız deputatlar Xankəndidə “Fransa-Artsax” dostluq rəmzi ucaltdı - FOTOLAR

Oxundu: 77
Fransız deputatlar Xankəndidə “Fransa-Artsax” dostluq rəmzi ucaltdı - FOTOLAR

Xəbər verildiyi kimi, Fransanın bir qrup deputatı növbəti dəfə Azərbaycanın işğal altındakı torpaqlarına 3 günlük səfərə gəlib.

 
 
Moderator.az -ın əldə etdiyi yeni məlumata görə, fransız deputatlar Xankəndidə “Fransa- Artsax dostluğu”na həsr olunmuş rəmzin  açılışını ediblər. Simvolik yol göstəricilərinin üzərində işğal altındakı Azərbaycan şəhərləri və onların "qardaşlaşdığı" Fransa şəhərlərinin fransız və erməni dillərində adları, eləcə də həmin şəhərlər arasındakı məsafələr yazılıb.  “Azadlıq” parkında qurulmuş rəmzin açılış tədbirində  qondarma rejimin “parlament sədri”  hesab edilən Aşot Qulyan və “Fransa-Artsax dostluq dərnəyi”nin rəhbəri, deputat  Qi Tisye  çıxış edib.  Fransız parlamentari  bəhs edilən rəmzin təsadüfən “Azadlıq” parkında açılmadığını bildirərək Qarabağdakı ermənilərin “azadlıq uğrunda” mübarizəsindən danışıb.
 
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system