NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Fransanın daha bir şəhərinin meri Qarabağa səfər edəcəyini bildirdı-Həyasızlıq...-FOTO

Oxundu: 1184
Fransanın daha bir şəhərinin meri Qarabağa səfər edəcəyini bildirdı-Həyasızlıq...-FOTO

Fransanın Burq -de-Pej şəhərinin meri Natali Niyeson Azərbaycanın 27-ci ildir işğal altında qalan, “Martuni” adlandırılmış Xocavənd şəhərinin meri Mqer Xaçatryana məktub göndərib.


İslaminSesi Moderator.az-a istinadən  xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.

 

Son vaxtlar Fransa məhkəmələri tərəfindən qondarma rejimin nəzarətində olan Azərbaycan şəhərləri ilə bağlanmış qanunsuz “dostluq” müqavilələrinin ləğvinə məhəl qoymayan üzdəniraq fransız mer “iki şəhər arasında imzalanmış “dostluq bəyannaməsi”ndəki maddələrin həyata keçirilməsinə sadiq qaldığını” ifadə edib. O bildirib ki, “iki şəhər arasındakı dostluq hər zamankı qədər güclüdür, əməkdaşlıq vacibdir və inkişaf etdirilməlidir”.

 

“Qarabağdakı erməni əhalisinin gələcək taleyindən narahatlıqlarını” vurğulayan həmsədr ölkə şəhərinin meri Qarabağa- Xocavəndə qanunsuz səfər etmək niyyətini də açıqlayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system