Fransada pensiya islahatları əleyhinə nümayişlər davam edir

Oxundu: 78
Fransada pensiya islahatları əleyhinə nümayişlər davam edir

Fransada pensiya islahatları əleyhinə tətil və nümayişlər davam edir. Tətillərin 51-ci günü CGT, FO, FSU, CFE-CGC, "Solidarités” kimi həmkarlar və gənclər təşkilatları nümayişləri davam etdirərək, islahatlar layihəsinin tamamilə geri götürülməsini tələb ediblər.

İslaminSesi xəbər verir ki, peşələrarası nümayişin 7-ci günü bütün sahələrdə işlər dayandırılıb və etirazlar müxtəlif formalarda davam edir.

 

Aparılan rəy sorğularının nəticələrinə görə, həmkarlar təşkilatları ictimai rəyin onların tərəfində olduğunu bildiriblər. Əhalinin 61 faizi həmkarlar təşkilatlarını dəstəklədiklərini bəyan edib.

 

Nümayişçilər gecələr məşəllərlə etirazlarını davam etdirilər. Polis Parisdə təhlükəsizliyin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görür./AZƏRTAC/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system