NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Fransada G7 sammiti işə başlayır - Etirazçılarla polislər arasında toqquşma olub

Oxundu: 61
Fransada G7 sammiti işə başlayır - Etirazçılarla polislər arasında toqquşma olub

Bu gün Fransanın Biariç şəhərində "Böyük yeddilər"in (G7) sammiti işə başlayacaq.

Bu barədə TASS- xəbər verir.
Məlumata görə, şənbə günü axşam Fransa prezidenti Emmanuel Makron ABŞ, Kanada, İtaliya, Yaponiya, AFR və Böyük Britaniyanın liderlərini qarşılayacaq. Danışıqlara işçi şam yeməyi ilə start veriləcək.


Qeyd edilir ki, dövlət və hökumət başçıları qeyri-rəsmi formada onları ən çox maraqlandıran problemlərin müzakirəsinə başlayacaqlar. Bazar günü isə sammit tam formatdə işə başlayacaq.


Əlavə edək ki, zirvə görüşü hələ başlanmamış G7 sammiti əleyhinə Uryun şəhərində (Atlantik Pireney departamenti) təşkil edilmiş nümayişin ən azı 17 iştirakçısı saxlanılıb.


İslaminSesi bildirir ki, nümayişçilərlə polislər arasında toqquşmalar antiqlobalistlərin düşərgəsi yaxınlığında baş verib. Etirazçılar tərəfindən atılmış fişəngin düşməsi nəticəsində dörd polis əməkdaşı yüngül xəsarət alıb. Departament prefekturasının məlumatına əsasən, qarşıdurma yerli vaxtla təxminən saat 22-da dayandırılıb.


Sammitlə əlaqədar şəhərdə güclü təhlükəsizlik tədbirləri görülüb. Xüsusən terror hücumları ehtimalına qarşı 13 min 200 polis və jandarmla yanaşı, 450 yanğınsöndürən səfərbər olunub. Liderlərin qalacağı otelə və şəhərin mərkəzinə gedən yollar nəqliyyatın hərəkətinə bağlanacaq. Şəhər mərkəzinə yalnız icazəsi olan sürücülər və piyadalar girə biləcəklər. Sammit vaxtı şəhərdəki qatar vağzalı və hava limanı da bağlı olacaq.
“Report”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system