NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Fransa müsəlmanları Facebook və YouTube-u məhkəməyə verib

Oxundu: 194
Fransa müsəlmanları Facebook və YouTube-u məhkəməyə verib

Fransa müsəlmanları, Yeni Zelandiyanın Kraystçerç şəhərinin məscidlərində müsəlmanların kütləvi güllələnməsinin görüntülərini yaydıqları üçün Facebook və YouTube-u məhkəməyə verib.

İslaminSesi-nin İslam-Today-a istinadən verdiyi xəbərə görə, bu haqda France-Presse agentliyi yazır.

 

İddia Fransa Müsəlmanlar Şurasının nümayəndələri tərəfindən qaldırılıb. Onlar hesab edir ki, sosial şəbəkələrdə zorakılıq xarakteri daşıyan bu kimi informasiyanın yayılması yeni terror aktlarına səbəb ola bilər.

 

Xatırladaq ki, 15 mart tarixində  28 yaşlı avstraliyalı Brenton Tarrant tərəfindən Kraystçerçin iki məscidində terror aktı törədilib. Hadisə nəticəsində 50 nəfər həlak olub, bir o qədər adam da yaralanıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system