NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Fövqəldövlətin acınacaqlı gələcəyi - İlbəil artan hərbi büdcə bumeranq effekti verir

Oxundu: 957
Fövqəldövlətin acınacaqlı gələcəyi - İlbəil artan hərbi büdcə bumeranq effekti verir

Elyar Nəzərov: “ABŞ-ın sürətlə silahlanması ifrat eqosunun və məkrli syasətinin tərkib hissəsidir, lakin çox çəkməyəcək ki, böyük hərbi büdcə onun iflasını, ölümünü gətirəcək”

 

Dünya üzrə hərbə ən çox pul xərcləyən Amerika Birləşmiş Ştatlarının hərbi büdcəsi 716 milyard dollar təşkil edir. Və ABŞ, tarixindəki ən yüksək müdafiə xərclərinə niyyət etdiyini irəli sürür.

 

Qeyd edək ki, 2001-ci ildən bu yana Vaşinqton apardığı müharibələrə 4,7 trilyon dollar vəsait xərcləyib.2053-cü ilə qədər ABŞ-da hərbi məsrəflərin 12 trilyon dollara çatacağı gözlənilir.

 

Ölkənin borcu isə hər saatda 32 milyon dollar artır. Hesablamalara görö, Amerika hökuməti İraqda hər 5 saniyəyə orta amerikalının illik gəliri qədər pul sərf edir.
Rezerford İnstitutunun rəhbəri, amerikalı publisist Con Uaythed “CounterPunch” saytındakı məqaləsində Amerikanın hərbi büdcəsinin davamlı olaraq artırılmasına etiraz edərək, çox ciddi və mühüm məqamlara toxunub.

 

Uaythed qeyd edib ki, Birləşmiş Ştatların borc öhdəliklərinin artmasında əsas günahkar ölkənin hərbi-sənaye kompleksidir.
Onun iddialarına əsasən, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) korrupsiyalaşmış məmurları hərbi ehtiyaclar üçün daha çox maliyyələşməni tələb edirlər. Özü də pulun böyük hissəsi heç də ölkənin milli təhlükəsizliyinin təmin olunması üçün ayrılmır.

 

Con Uaythed “Open the Government” təşkilatının topladığı məlumatları dəlil gətirib.

 

Bəlli olub ki, ABŞ Müdafiə Nazirliyinin son aldığı “silahlar” içində hər biri 53 min dollarlıq farfor masa dəstləri, hərəsi 9 min dollarlıq dəri kreslolar, 308 min dollarlıq spirtli içkilər, habelə 4,6 milyon dollarlıq lobster üstünlük təşkil edib.

 

Yaxşı, bəs ilbəil özünün hərbi büdcəsini artıran ABŞ-ı nələr gözləyir? Ümumiyyətlə, hərbi büdcənin fantastik artımı ildən-ilə borcu artan Birləşmiş Ştatlara nə üçün lazımdır?

 

Bu haqda “İslamınsəsi”nə danışan Azərbaycan İslam Partiyasının (AİP) funksioneri Elyar Nəzərov bildirdi ki, ABŞ-ın bu addımı ifrat eqosunun və məkrli syasətinin tərkib hissəsidir: “Mehriban və Bağışlayan Allahın adı ilə. Amerika, dünyada müharibələr, qarətlər, demokratiya və azadlıq adı altında pislik törədən dövlətlər arasında birinci yerdə durur. Nə qədər ki, imperialist dövlətlər və onların rəhbərləri öz mənafelərini hamıdan üstün tutacaqlar, təcavüzkar siyasət, zülm, qanun və əxlaq pozğunluğu da davam edəcək. Sadaladığım ünsürlərin hamısı Amerika hakimiyyətində təzahür edir və bunları açıq-aşkar dilə gətirməkdən də çəkinmir. Birləşmiş Ştatlar xalqları, dövlətləri qorxu, təhdid altında saxlamaq ücün daim silahlanır. 7 mindən çox nüvə başlığına sahib olan ABŞ, bəşər tarixində atom silahından hərbi məqsədlərlə istifadə edən yeganə ölkədir. Vaxtilə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombası nəticəsində minlərlə dinc sakin həlak olub.

 

Birləşmiş Ştatlar bu çür şeytani siyasətinə hər il büdcədən milyard dollarlar ayıraraq, hərbi sənayesinin qüdrətini daha da artırmağa çalışır. Lakin görünən budur ki, böyük hərbi büdcə onun iflasını, ölümünü yaxınlaşdırır. Çünki modern silahların istehsalına, ümumilikdə hərbiyə külli miqdarda pulların xərclənməsi hər keçən il ABŞ büdcəsinin yükünü artırır”.

 

E.Nəzərovun sonda məsələyə maraqlı yanaşması oldu. Bildirdi ki, dünyada küfr və zülm, şəhvətpərəstlik, ikili standartlar mənəvi dəyərlər meyarından fərqli olaraq, bəşəriyyəti uçuruma aparır: “Şübhəsiz ki, kainat İlahi qanunlara tabedir. Müqəddəs şəxslərimizin kəlamını xatırladaq: “İnsanları küfrlə idarə etmək olar, zülmlə yox!” Hökumətlər, ümumiyyətlə bütün bəşər övladı İlahi məqsədlərə doğru getsə, ölkələr islah olar və dünya nicat tapar”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system