NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Formula 1" tarixində lyukla bağlı qəzalar - Maraqlı görüntülər

Oxundu: 198

"Formula 1" tarixində lyuklarla bağlı qəzalar çox baş verib.

 

"İslaminSesi" - Müxtəlif zamanlarda keçirilən yarışlarda belə qəzalar çox rast gəlinir. 

1990-cı il, Monreal Qran-prisi: "Bryün" komandasının pilotu Xesus Pareya yarış vaxtı lyukun üzərindən keçən zaman qapaq tərpənir və bolidi kənara atır. Maşının çevrilməsindən sonra yanacaq çəni dağılır və yanğın baş verir. Xəsarət alan olmasa da, trası tüstü bürüyür.

 

 

2005-ci il, Çin Qran-prisi: Xuan Pablo Montayo yarış vaxtı lyukun üzərindən keçən zaman bolidi ciddi zərbə alır. Kolumbiyalı pilot yoluna davam edə bilsə də, 8 dövrə sonra "McLaren"nin motoru sönür.

 

 

 

2010-cu il, Monako Qran-prisi: "Williams" komandasının pilotu Rubens Barrikello yarış vaxtı lyukun üzərindən keçən zaman qapaq yerindən oynayır. Nəticədə braziliyalının bolidinin arxa hissəsi və təkəri sıradan çıxır və o, yoluna davam edə bilmir.

 

 

 

2016-сı il, Monako Qran-prisi: "Mercedes"in pilotu Niko Rosberq sərbəst yürüşdə lyukun üzərindən keçən zaman faciəyə səbəb ola biləcək hadisə baş verir. Lyukun bir hissəsi qoparaq arxadan gələn Censon Battona tərəf uçur. Xoşbəxtlikdən çuqun parça pilotun başına deyil, "McLaren" bolidinin qabağına dəyir.

2017-ci il, Malayziya Qran-prisi: Sərbəst yürüş zamanı "Mercedes"in pilotu Valterri Bottas trasın kənarındakı qırmızı xəttin üzərindəki drenaj çərçivəsini tərpədir. Onun maşını zərər görməsə də, arxadan gələn Romen Qrojanın idarə etdiyi "Haas" boldinin arxa sağ təkəri sıradan çıxır.Report

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system