NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Florensia qasırğası ABŞ-da həyatı iflic edib

Oxundu: 192
Florensia qasırğası ABŞ-da həyatı iflic edib

Florensia qasırğası ABŞ-ı cənginə alıb.

 

İslaminSesi “Haber Türk” ə istinadən xəbər verir ki, şiddətli külək və yağışlar bölgədə öz  təsirini göstərməyə başlayıb.

 

Qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub və müəssisələrin fəaliyyəti dayandırılıb.  

 

Milli Qasırğa Mərkəzindən verilən açıqlamaya görə, Şimali və Cənubi Karolina ştatlarının sahil hissələrində qasırğanın fəsadları daha dağıdıcı olub.  

 

Küləyin sürətinin saatda 128 kilometrə çatdığı, dənizdə dalğaların hündürlüyünün isə 4 metrə qalxdığı  bildirilib.

 

Mağaza və yanacaqdoldurma məntəqələrinin bağlı olması uzun növbələrin yaranmasına səbəb olub.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system