NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:57
  • ZÖHR 12:44
  • ŞAM 19:48
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İQTİSADİYYAT

Oxundu: 628
Finlandiya höküməti əhaliyə qeyd-şərtsiz aylıq pul ödənilməsini dayandıraraq...

Finlandiya höküməti əhaliyə qeyd-şərtsiz aylıq pul ödənilməsini dayandıraraq...

2017-ci ilin yanvarında Finlandiya höküməti ölkə əhalisinə şərtsiz baza gəlirlərinin ödənilməsi layihəsinin reallaşdırılmasına başladı. Bu layihə ölkənin işsiz sakinlərinə aylıq vəsaitlərin verilməsindən ibarət idi ki, onlar bununla öz əsas həyat ehtiyaclarını qarşılasınlar.

Layihədəki "şərtsiz" sözü onu işsizlik müavinəti kimi edilən ödənişlərdən fərqləndirir. Buna əsasən yardım alan şəxs iş tapmaq məcburiyyətində deyil və dövlətin ayırdığı bu pulun sayəsində ömrünün axırınadək yaşaya bilər. Bundan əlavə bu şəxslərin işə düzəlmək haqları vardır ki, bu onları ayrılan vəsaitdən məhrum etməyəcək. 

 

Dövlət tərəfindən zımanət verilən ümumi minimal gəlir ideyası XVI ərsin xəyalpərəstlərinə məxsus olmasına baxmayaraq, bu layihə təcrübədə özünü yaxşı tərəfdən göstərib. Dünyanın bir neçə ölkəsi artıq dövlət, regional və ya özəl səviyyədə bu yolla getməyə cəhd də edib. 2014-cü ildə alman iş adamı Mixael Bohmeyer "Mənim əsas gəlirim" (Mein Grundeinkommen) adlı layihə yaradıb və o vaxtdan 85 nəfərə ayda 1000 avro yardım edir. Öz eksperimenti ilə bağlı Bohmeyer hakimiyyətə göstərir ki, "asan pullar" insanları yoldan çıxartmır, əksinə, onlara öz arzularını həyata keçirməyə imkan verir və cəmiyyətə faydalı töhfə verməyə mane olmur.

 

Analoji layihə Kanadanın Ontario əyalətinin üç yaşayış məntəqəsində də 2017-ci ildə tətbiq edilib. Buradakı layihə üç il müddətinə nəzərdə tutulub. Bundan əlavə proqramın keçirilməsi üçün Hollandiyanın bir neçə bələdiyyəsi də hökumətdən icazə alıb.

 

AB ərazisində dövlət səviyyəsində şərtsiz baza gəliri layihəsini tətbiq etmək yalnız Finlandiyaya mümkün olub. Eksperiment üçün təsadüfi yolla 25 yaşından 28 yaşınadək iki min işsiz finlseçilib. Onlara hər ay zəmanət verilmiş məbləğ 560 avro təşkil edib. Gəlir verilməsinin ikinci mərhələsində alanların sayının atırılması planlaşdırılırdı. Lakin Finlandiya höküməti axıra qədər getməyib. 2017-ci ildə ci ildə başladılan layihənin vaxtından əvvəl, 2019-ci il yanvarın 1-də başa çatacağına qərar verilib ki, bu vaxt müddəti eksperimentin nəticələri təhlil etməyə imkan vermir.

 

Finlandiyanın layihənin davam etdirilməsinin tərəfdarı olan Dövlət Sosial Sığorta Agentliyi hökuməti tənqid edərək bildiri: Belə az müddət və iştirakçıların azlığı baza gəlislərinin insanların karyerası və təhsilinə necə təsir etdiyini müəyyən etməyə imkan vermir. Yeni mərhələ lahyihəyə daha 70 mln. avronun ayrılmasını tələb dirdi və belə çıxdı ki, Finlandiya buna hazır deyil idi.

 

Finlandiya hökümətinin bu qərarlarına ola bilər ki, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (Organisation for Economic Co-operation and Development, OECD) göstəriciləri təsir göstərib. Təşkilatın mütəxəssislərinin apardığı tədqiqat Finlandiyadakı işsizlik səviyyəsinin 11,4 faizdən 14,1 faizə artdığını gostərib ki, bu da şərtsiz baza gəliri ödənişlərinin qoyulmuş hədəflərə çatmadığı deməkdir.

 

Şərtsiz baza gəliri layihəsindən imtina edən Finlandiya indi sosial sahənin digər islahat variantlarını axtarır və hökumət pul paylamaq əvəzinə vətəndaşlara digər sosial güzəştlər təklif edəcək. 

 

İslaminSesi.info nat-geo.ru -ya istinadla.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system