NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

FHN: Qayıqda aşkarlanan meyitlərin götürülməsi üçün zəruri tədbirlər görülür - YENİLƏNİB-1

Oxundu: 581
FHN: Qayıqda aşkarlanan meyitlərin götürülməsi üçün zəruri tədbirlər görülür - YENİLƏNİB-1

Fövqəladə Hallar Nazirliyi Xəzərdə iki meyitin tapılması barədə açıqlama yayıb.

 "İslaminSesi.info" nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb. Məlumat aidiyyəti qurumlara ötürülüb.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.

 

Əlavə məlumat veriləcək.

 

 

"İslaminSesi.info"  - nın məlumatına görə, FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər.

 

Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.

 

Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.

 

***

"İslaminSesi.info" bildirir ki, APA-nın məlumatına görə, rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.

 

Qayıqda iki nəfərin meyitinin olduğu ehtimal edilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system