NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

FHN işçi axtarır

Oxundu: 263
FHN işçi axtarır

Fövqəladə Hallar Nazirliyi (FHN) Şirvan şəhəri üzrə boş qalmış sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar əlavə müsabiqə elan edir.

FHN-dən  verilən məlumata görə, müsabiqədə Şirvan şəhərində qeydiyyatda olan, həqiqi hərbi xidmət keçmiş, iyunun 30-dək 30 yaşı tamam olmamış, boyu 170 santımetr və yuxarı, tam orta və ya orta ixtisas təhsilli, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

 

Müsabiqədə iştirak üçün müraciət edən vətəndaşlar tərcümeyi-hal, şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənəd (attestat və s.), hərbi bilet, sağlamlıq haqqında arayış (Forma № 086), vərəm əleyhinə, dəri-zöhrəvi, ruhi əsəb xəstəlikləri və narkoloji dispanserlərdən arayış təqdim etməlidirlər.

 

Sənədlər Şirvan şəhər Dövlət Yanğından Mühafizə dəstəsinin inzibati binasında (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) mayın 17-də saat 10:00-dan 17:00-dək qəbul olunur.

 

Vətəndaşlar fiziki hazırlıq üzrə yoxlamada iştirak etmək üçün uyğun geyimdə (idman ayaqqabısı və s.) olmalıdırlar.

Əlavə məlumat üçün (012) 512-05-92 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın
TEQLƏR: FHN işçi axtarır

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system