NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 55
Feysbukun sabiq rəhbəri istifadəçilərə xəbərdarlıq edib

Feysbukun sabiq rəhbəri istifadəçilərə xəbərdarlıq edib

Feysbukun sabiq rəhbərlərindən olan Sean Parker insan psixologiyasının zəif nöqtələrindən istifadə edilyini bildirib.

İslaminSesi bildirir ki, musiqi paylaşımı saytı olan Napsterin qurucusu və Feysbukun sabiq rəhbərlərindən biri olan Sean Parker Axioas xəbər saytına müsahibə verib. O bildirib ki, sosial şəbəkələr insanların məhsuldarlığını azaldır. "Uşaqlarımızın beyninə nələr olur bunu hələ biz bilmirik" -deyə təlaşını dilə gətirib. Bundan əlavə Parker bildirib ki, sosial şəbəkə meydana çıxanda əsas hədəf insanların diqqətini cəlb edərək sosial şəbəkədə onların daha çox vaxt keçirmələrini təşkil etmək idi. Elə buna görə də "bəyənmə" kimi reaksiyaların yaradılması insan beyninə dofamin kimi təsir edir. Məhz bu şəkildə insan beyninə təsir etməklə onlar insanın sosial şəbəkədə daha çox fikir paylaşmasına və vaxt keçirməsinə nail olublar. 

 

O bildirib ki, sosial medianın ixtiraçıları Mark və Kevin Systrom bütün bunların fərqində idilər, amma yenə etdilər. Keçmişdə sosial media ilə iş qurduğunu deyəndə dostları Sean Parkerin nə isə qazanacağına şübhə etmişdilər. Lakin Sean Parker məhz bu sosial şəbəkələr vasitəsi ilə milyarder olub. Hazırda  o bu sosial şəbəkələrə qarşı olduğunu bildirib. 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system