NAMAZ VAXTLARI:
  • FƏCR 05:30
  • GÜN 06:51
  • ZÖHR 12:26
  • ŞAM 18:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Fələstinlilər 4-cü Dönüş Yürüşünə başlayıblar – Şəhid və yaralı var

Oxundu: 237
Fələstinlilər 4-cü Dönüş Yürüşünə başlayıblar – Şəhid və yaralı var

Son ayda 4-cü dəfə olaraq yenə də cümə günündə fələstinlilər işğal edilmiş torpaqlarına dönüş üçün yürüş keçiriblər. Bu dəfə onlar Dönüş Yürüşünü “Əsirlər və məhbuslar cüməsi” adlandırıblar.

İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, Qəzza zolağı ilə işğal edilmiş İsrail sərhədlərinə çoxlu sayda fələstinlilər toplaşıb. Onlar İsrailin qurduğu sərhədlərə yaxınlaşaraq Dönüş Yürüşünü həyata keçirməyə çalışırlar.

 

Təkcə bu gündə bir nəfərin şəhid olduğu və daha iki fələstinlinin yaralandığı deyilir.

 

Son 4 həftədə Dönüş yürüşü zamanı 34 fələstinli şəhid olub və 4300-ü yaralanıb.

 

Qeyd edək ki, sionist rejimi gələn ayın 14-ü təsisinin 70 illiyini qeyd edir. Bu günə qədər ABŞ-ın Təl-Əvivdəki səfirliyi də Qüdsə köçürüləcək. israil baş naziri Benyamin Netanyahunun iddiasına görə bu ərəfədə daha 6 dövlət Qüdsdə səfirlik açacaqlar

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system