Fələstinli hərəkatlar ABŞ-ın yəhudi massivlərilə bağlı son mövqeyinə görə ciddi xəbərdarlıq ediblər

Oxundu: 84
Fələstinli hərəkatlar ABŞ-ın yəhudi massivlərilə bağlı son mövqeyinə görə ciddi xəbərdarlıq ediblər

“ABŞ dövlət katibi Mayk Pompeonun Fələstində salınan yəhudi massivlərilə bağlı açıqlaması yeni bir təcavüzdür.

İslaminSesi əl-Məyadinə istinadla xəbər verir ki, fələstinli hərəkatlar ABŞ dövlət katibi Mayk Pompeonun İsrailin saldığı yəhudi yaşayış massivlərilə bağlı mövqeyi haqda ciddi xəbərdarlıq edib.

 

Fələstinli hərəkatlar ötən günkü bəyanatda bildiriblər ki, ABŞ-ın bu mövqeyi yeni bir təcavüzdür.

 

Eyni zamanda Hizbullah da eyni xəbərdarlığı edib.

 

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo İordan çayının qərb sahilində salınmış yəhudi massivlərinin qanuni olduğunu bildirib.

 

Bildirək ki, İsrail 1967-ci ildə İordan çayının qərb sahilini işğal etdikdən sonra burada 80-dən çox yəhudi yaşayış massivi salıb. 

 

ABŞ hökuməti son iki ildə Qüdsü İsrailin paytaxtı, Suriyanın Colan Yüksəkliklərini də İsrailin ərazisi kimi tanıyıb./Salamnews.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system