NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Fələstinli ailə 103 ildir bu əmanətin sahibini gözləyir

Oxundu: 154
Fələstinli ailə 103 ildir bu əmanətin sahibini gözləyir

Bir fələstinli ailə 103 il öncə Osmanlı əsgərinin Fələstində verdiyi əmanəti hələ də saxlayır. Bu ümidlə ki o və ya onun varisləri gəlib əmanətini geri alarlar.

İslaminSesi.info xəbər verir ki, son günlərdə Türkiyə mətbuatı çox qəribə bir tarixi hadisəni işıqlandırıb. Bu hadisə sadə bir əmanət kimi görünsə də islam dünyasının son yüz ildəki çətin və qara günlərini xatırladır.

 

Bu hadisə həm də fələstinli ailənin əmanəti necə qoruyub saxladığını göstərir.

 

Bu tarixi hadisənin başlanğıcı birinci dünya müharibəsi dövrünə qayıdır. Həmin zamanlarda idi ki, Osmanlı İmperiyası Britaniyaya qarşı və onların bölgədəki vəhhabi və millətçi müttəfiqlərinə qarşı mübarizədə Yaxın Şərqi və Qüdsü itirmiş oldu.

 

Hazırda əmanəti qoruyub saxlayan fələstinli Rağib Hilmi əl-Alul deyir:

 

"Birinci dünya müharibəsinin ilk illərində bir osmanlı əsgəri bu əmanəti gətirib əmimə verərək deyib: Əgər qayıtmalı olsam bunu səndən götürəcəyəm. Amma o gəlmədi. Biz onun adını və kimliyini də bilmirik. Mənim əmilərim və atam burda Nablusda onu 103 ildir ki saxlayırıq."

 

Rağib Hilmi əl-Alul deyir ki, bu əmanətin miqdarı 152 osmanlı lirəsidir və biz hələdə onun sahibini və ya onun varislərini gözləyirik.

 

Türkiyə tarixçiləri bildiri ki, bu məbləğ o zaman hazırki pulla 30 min dollara yaxın məbləğ olub.

 

103 illik əmanəti qoruyan fələstinli Rağib bildirib ki, onlar əmanəti saxlamaqda davam edəcəklər və əgər lazım olsa onlar bu barədə Türkiyə hökumətinin təkliflərinə də qulaq asarlar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system