NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Fələstinin işğal olunmuş torpaqlarından yəhudilərin mühacirəti artıb

Oxundu: 442
Fələstinin işğal olunmuş torpaqlarından yəhudilərin mühacirəti artıb

Sionist rejimin bölgədə apardığı hərbi siyasət, yəhudi icmalarına verdiyi boş vədlər və Fələstin müqavimət qruplarına olan məğlubiyyətləri, mühacirətin artımına təsir edən əsas amillər olaraq görülür

İslaminSesi.info - Sionist rejimin məlumatlarına görə, 2016-cı ildən bəri Fələstinin işğal olunmuş torpaqlarını tərk edən yəhudilərin sayı, işğal olunmuş torpaqlarına köçən yəhudilərin sayından artıqdır.


Maide.Az xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin bildirdiyinə görə, sionist rejim statistika idarəsi verdiyi hesabatda, 2016-ci ildən etibarən 15200 yəhudinin işğal torpaqlarını tərk etdiyini bildirir.

Sionist rejim statistika idarəsi hesabatın davamında bildirir ki, işğal torpaqlarına yeni köçən yəhudilər daha əvvəl köçən yəhudilərə nisbətən 1948-ci ildə işğal edilən əraziləri tərk etməyə daha meyllidirlər.

Hesabatda 2015-ci ildə 15700 yəhudinin Fələstinin işğal olunmuş torpaqlarını tərk etdiyi bildirilərkən, buradan mühacirət edənlərin həmin torpaqlara köçürülənlərdən 2 qat daha çox olduğu vurğulanır.

Sionist rejimin bölgədə apardığı hərbi siyasət, yəhudi icmalarına verdiyi boş vədlər və Fələstin müqavimət qruplarına olan məğlubiyyətləri, mühacirətin artımına təsir edən əsas amillər olaraq görülür.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system