DÜNYA

Oxundu: 170
Fələstin höküməti İsraili dövlət kimi tanıyan Oslo müqaviləsindən çıxmaq üzrə tarixi qərar alıb

Fələstin höküməti İsraili dövlət kimi tanıyan Oslo müqaviləsindən çıxmaq üzrə tarixi qərar alıb

Fələstin Azadlıq Təşkilatının (Fələstin Azadlıq) Mərkəzi Şurası bazar ertəsi iclas keçirərək yekun bəyanatında da Oslo, Qahirə və Vaşinqtonda imzalanmış sazişlər çərçivəsində nəzərdə tutulan öz öhdəliklərini dayandırdığını bildirib.

İslaminSesi.info "WAFA"-ya istinadla xəbər verir ki, Mərkəzi Şuranın yekun bəyanatı sədr Səlim Al-Zənuun tərəfindən oxunub. İclasda Fləstin hğkümətinin başçısı Mahmud Abbas da iştirak edib.

 

Bəyanatda deyilir ki, Fələstin höküməti bundan sonra İsraili dövlət kim tanımasını nəzərdə tutan 1993-cü il Oslo müqaviləsini dayandırı və beynəlxalq aləm Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında İsrail işğalına son qoyulması, Fələstin Dövlətinə öz dövlət müstəqilliyini əldə etməsi, öz ərazisini üzərində özünün tam suverenliyini həyata keçirməsi, öz vəzifələrini yerinə yetirməsi, o cümlədən, paytaxtı Şərqi Qüds şəhəri olmaqla və 4 İyun 1967-ci il sərhədlərində qayıtmasına imkan verməsi üzrə öz öhdəliklərini yerinə yetirməlidir.

 

Fələstin Azadlıq Təşkilatının (PLO) icra Komitəsi bildirib ki, İsrail Fələstini onun 1967-ci ildəki sərhədlərində olan dövlət kimi tanımayanadək İsrailin tanınmasını, Şərqi Qüdsün birləşdirilməsi qərarını və İsrailin saldığı qəsəbələrin genişləndirilməsini tanımır.

 

Mərkəzi Şura, həmçinin sionist İsraillə arasındakı təhlükəsizlik koordinasiyasını onun bütün formalarında dayandırıb. Bundan əlavə öz milli iqtisadiyyatının müstəqilliyini əldə etmək ümidi ilə Paris İqtisadi Sazişində əldə edilmiş iqtisadi asılılıqdan yan keçmək qərarını yeniləyib. 

 

Şurada çıxış edən Amhmud Abbas oslo müqaviləsinin artıq mövcud olmadığını bildirib.

 

"Donald Tramp öz tvitterində yazıb ki, fələstinlilərə pul verməyi dayandıracaq, çünki onlar danışıqlardan imtina edirlər. Ar olsun Trampa, biz danışıqlardan nə vaxt imtina edirdik? Siyasi danışıqlar beynəlxalq vasitəçilərin iştirakı ilə keçirilməlidir, təkcə ABŞ-ın vasitəçiliyi ilə deyil. Ümid edirəm ki, bu, aydındır. Biz ABŞ-ı bizimlə İsrail arasında vasitəçi kimi tanımırıq. Əgər iş bizim və xalqımızın taleyinə toxunursa bis istənilən kəsə yox deyə bilərik və indi yoxu Trampa dedik. Biz ona dedik ki, "əsrin sövdələşməsi" (ABŞ-ın Qüdsü sionist İsrailin paytaxtı kimi tanıması qərarı) İsrail əsrin silləsi oldu. Lakin biz cavab olaraq zərbə vuracağıq."", - deyə "Euronews" xəbər agentliyi Abbasın bəyan etdiyini bildirib.

 

Mərkəzi Şura, həmçinin Fələstin xalqının bütün mümkün vasitələrlə müqavimət göstərmək və irqçi və işğalçı İsrail rejimini məhv etmək üzrə əzmini qeyd edib. Və İsrailin müvəqqəti dövlət sərhədli yəhudi dövləti kimi tanınması barədə ara nizamlamalar üzrə istənilən təklifi rədd edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system