Fazil Mustafanın illik, günlük və aylıq

Oxundu: 1935
Fazil Mustafanın illik, günlük və aylıq

Zaman-zaman Azərbaycan xalqının sahib çıxdığı ənənəvi Əhli-Beyt dəyərlərini müxtəlif formalarda aşağılayıcı ifadələrlə təhqir edən millət vəkili Fazil Mustafa növbəti belə bir addımı sonuncu Qədr gecəsindən sonra atıb

Xalqımızın milli sərvəti və böyük şəxsiyyəti hesab edilən Şah İsmayıl Xətaini müxtəlif zamanlarda ən pis formada təhqir edən Fazil Mustafa, Qədr gecələri və Aşura günləri gələr-gəlməz əlinə fürsət düşürmüş kimi özünün düşmənçiliyini ən pis formada izhar edir.

 

İki gün bundan öncə facebookda fəaliyyət göstərən vəhhabi səhifələrindən biri şiələrə məxsus əzadarlıq məclisini təhqiramiz ifadələrlə paylaşıb. Fazil Mustafa da öz növbəsində əlinə düşmüş fürsətdən istifadə edərək həmin paylaşımı öz səhifəsində özünə məxsus aşağılayıcı izahla paylaşıb. Sözügedən statusun altına müxtəlif şəxslər millət vəkilinin təhqiramiz mövqeyinə haqlı və tutarlı cavab versələr də, kor tutduğundan buraxmadığı kimi Fazil Mustafa da özünün aşağılayıcı mövqeyindən geri çəkilməyərək bir qədər də irəli gedib.

 

Ümid edirik ki, xalqın milli, dini və mənəvi dəyərlərinə cavabdeh olacaq qurumlar və şəxslər illərdir Fazil Mustafanın dəyərlərimizə qarşı başlatdığı “Səlib” yürüşü ilə bağlı tədbir görərək lazımı addımlar atacaqlar.

 

İslaminSesi sözügedən mövzu ilə bağlı hazırladığı karikaturanı oxucularına təqdim edir.

 

Zaman-zaman Azərbaycan xalqının sahib çıxdığı ənənəvi Əhli-Beyt dəyərlərini müxtəlif formalarda aşağılayıcı ifadələrlə təhqir edən millət vəkili Fazil Mustafa növbəti belə bir addımı sonuncu Qədr gecəsindən sonra atıb.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system