NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

FAO: Ərzaq ucuzlaşmaqda davam edir

Oxundu: 56
FAO: Ərzaq ucuzlaşmaqda davam edir

Bu ilin avqust ayında dünya bazarında ərzağın orta qiyməti 3-cü dəfə azalma nümayiş etdirib.

 

İslaminSesi "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT -nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

 

Bildirilib ki, qiymət azalması şəkər, buğda və qarğıdalının kəskin ucuzlaşması ilə bağlıdır. Belə ki, ay ərzində şəkərin qiymətində 4%, taxıl məhsullarının qiymətində isə 6,4% azalma müşahidə edilib. Doğrudur, ötən ay bitki yağlarının 5,9%, delikotes məhsullarının isə 0,5% bahalaşması da müşahidə edilib, amma bu, ümumi ucuzlaşmanı dayandıra bilməyib. Avqustda ərzaq qiymətləri indeksi iyuldakı 171,8 dollar səviyyəsindən 169,7 dollara enib.

 

Bu arada, FAO 2019-2020-ci illərdə qlobal taxıl ehtiyatlarının gözləntilərdən çox olacağını qeyd edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system