NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 2873
Fahişələrə fəxri adlar verilən yerdə məktəbli qızların abort etdirməsi təəccüblü deyil...

Fahişələrə fəxri adlar verilən yerdə məktəbli qızların abort etdirməsi təəccüblü deyil...

Qızlarımıza təlqin etdilər ki, nə qədər çox soyunsan, bir o qədər çox uğur, karyera(!) qazanarsan...

...Hələ 1990-cı illərdən dönə-dönə yazdıq; teleekranlarda öz geyimləri, abırsız-həyasız söz və davranışlarıyla, mahnılarıyla cəmiyyətə, uşaq və gənclərə birbaşa əxlaqsızlıq, fahişəlik təlqin edən müğənniləri, nəinki efirə buraxmamaq- cinayət məsuliyyətinə cəlb etmək gərəkdir... Dinləyən olmadı. Əksinə, aşağılar belələlərini alqışladı, sevdi, gəncləri onların fanatına çevirdi... Yuxarılar isə bundan ruhlanaraq belələrinə “əməkdar artist”, “xalq artisti” adları verdi... *** Ən böyük tərbiyə vasitələrindən biri nümunədir... Aygünlər, Brilyantları, Röyaları, Rəqsanələri yarıçılpaq geyimdə görən azyaşlı, yeniyetmə qızlarımız elə sandı ki, Azərbaycan qadını elə belə olmalıdır. Düşündü ki, nə qədər çox soyunsan, bir o qədər çox sevilərsən, bir o qədər uğur, karyera(!) qazanarsan... *** Bu minvalla böyüklü-kiçikli – zərif cins nümayəndələri başladı üstdən-aşağı, altdan yuxarı soyunmağa. Kişilər də baxdı ləzzət aldı. Kasıblar yarıçılpaq geyinənləri bala-bala “bişir”məyə, varlılar isə onlara sponsorluq etməyə girişdi... *** Hətta qızlarının dar cinsdən pırtlayan arxasına, yaxud mini-yubkadan, görünən budlarına baxıb övladlarının gözəlliyi ilə fəxr edən atalar tapıldı... *** 60-70 yaşlı müəllimlərin gözü 12-13 yaşlı qızların yarıçılpaq bədəninə düşdü... Qaynataları ayağını-ayağının üstə aşırıb oturan gəlinlərinin budları cəlb etdi... *** 7-8-ci siniflərin oğlan şagirdləri baxışlarını dərs boyu yanlarında oturan qızlar bir yana, 30-40 yaşlı müəllimələrin çılpaq dizlərindən çəkə bilmədi... Təhsilimiz inkişaf etdi... *** Yağışdan sonra göbələk kimi artan xarici, daxili özəl şirkətlər, firmalar, marketlər açıq-açığına elanlar vurdular:”İşə mini-ətəkli cazibədar qızlar tələb olunur”... *** Rəsmi qurumlarda, ali və orta məktəblərdə əxlaqsızlıq təlqin edən geyimlər əvəzinə, Allahın, dinimizin buyurduğu hicaba –qızın, qadının zinət yerlərini gizlətməsinə qadağa qoyuldu... *** Dələduz, şeytanpərəst Sorosların fitvasıyla, qrantıyla cəmiyyətimizin bakirəliyini pozub “Açıx cəmiyyət”lər yaratdıq... Abır, həyaya, namusa, bakirəliyə istehza etməyə başladıq... Nəticədə 12-13 yaşlı “açıx” qızlarımızın sayı çoxaldı... *** Aygünlər açıq-açığına “United Condoms off benetton” prezervativ şirkətinin sponsorluğuyla ANS-də-filanda prezervativlərlə təhlükəsiz cinsi əlaqəni təbliğ etməyə başladı... Prezervativlərin reklamını “müxalifət” adlananların 25 ildir girə bilmədiyi Azadlıq meydanına vurduq... *** QHT-lərin dəstəyi ilə gənclər küçələrə tökülüb “azadlıq”, “demokratiya” simvoluna çevrilmiş prezervativ, “qandun”ları qızlara, oğlanlara paylamağa başladı... *** Qızlara da, qadınlara da belə bir fikir yeridildi ki, küçədə-bayırda təsadüfi cinsi əlaqəyə girəndə prezervativdən yararlansanız- birda heç bir qəbahət yoxdur... Əxlaq, namus-qeyrət-filan boş şeydir... “Azad yaşayın”!.. *** Bütün bunlardan sonra nədən 1200 məktəblinin abort etməsindən təəccüblənirik? Hələ düşünün ki, neçə minlər də “təhlükəsizlik qaydalarına” əməl edərək prezervativ işlətdiyindən hamilə qalmayıb... *** Bəli... Belə-belə işlər... Əslində biz allahsız bolşevik-kommunistlərin təcavüzündən qurtulub könüllü şəkildə vicdansız, mənəviyyatsız Qərbin saxta “azadlığ”ına, dermokratiyasına hamilə qaldıq... Bu yandan da sovet dövründən doğub böyütdüyümüz korrupsiyanın, monopoliyanın zorlamasına məruz qaldıq... O vaxtdan da tez-tez abort etdiririk... Və bütün ağrılara da dözürük.. Odur ki, gördüklərimizdə təəccüblü heç nə yoxdur... *** İlahi bir səs deyir: ”Allah buyurduğu kimi yaşamaq istəmədiniz, indi buyurun, Şeytanın, nəfsinizin buyurduğu kimi yaşayın...” /Sultan Laçın; Moderator.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system