Facebook əyləncəli qacet istehsal edəcək

Oxundu: 166
Facebook əyləncəli qacet istehsal edəcək

Facebook televizora qoşulan kameralı qurğunun hazırlanması üzərində işləyir.

İslaminSesi-nin Vesti.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda The İnformation yazır.

 

Bu qurğunun vasitəsilə videozənglər etmək mümkün olacaq. Hazırda analoji funksiyanı "Portal" smart-ekranları yerinə yetirir.

Qurğuda əyləncəli əlavələr də olacaq.

 

Nəşrin məlumatına əsasən, hazırda Facebook Netflix, Disney, HBO və Amazon kimi iri şirkətlərin rəhbərləri ilə yeni qurğuyla bağlı əməkdaşlıq haqda danışıqlar aparır.

 

Qacetin əsas funksiyası WhatsApp və Messenger vasitəsilə zəngləri həyata keçirməkdir. Lakin burada "əlavə edilmiş reallıq" funksiyaları da ola bilər, məsələn ekranda bəzi uşaq kitabları görsənəndə ona virtul əşyalar əlavə olunacaq.

 

Картинки по запросу Facebook выпустит развлекательную телеприставку

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system