NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:50
  • ZÖHR 12:39
  • ŞAM 19:46
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Facebook bir il ərzində Zukerberqin mühafizəsinə 20 milyon dollar xərcləyib

Oxundu: 88
Facebook bir il ərzində Zukerberqin mühafizəsinə 20 milyon dollar xərcləyib

2018-ci il ərzində Facebook, şirkətin başçısı Mark Zukerberqin şəxsi mühafizəsinə 20 milyon dollar xərcləyib.

İslaminSesi-nin RT-yə istinadən verdiyi xəbərə görə, bu haqda CNBC ABŞ-ın birja və qiymətli kağızlar üzrə Komissiyasına verilmiş sənədlərə istinadən məlumat yayır.

 

Telekanalın bildirdiyinə əsasən, 2018-ci ildə Facebook, şirkətin başçısına 22,6 milyon dollar kompensasiya ödəyib. Bu məbləğin təxminən 20 milyon dolları Zukerberqin və onun yaxınlarının mühafizəsinə xərclənib.

 

Həmçinin, qeyd olunur ki, 2,6 milyon dollar Zukerberqin istifadə etdiyi şəxsi təyyarəsilə bağlı xərclərə aidddir.

 

Daha öncə Forbes-in yaydığı məlumata əsasən, 2018-ci ildə Zukerberqin sərvəti 18,7 milyard dollar azalıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system