NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Facebook" 50 il ərzində "rəqəmsal qəbiristanlığ"a çevriləcək - İLGİNC ARAŞDIRMA

Oxundu: 131

İngiltərədə Oksford universitetində aparılan bir araşdırma "Facebook"un "ölü istifadəçilər"inin sayının 50 il ərzində yaşayan istifadəçi sayını keçəcəyinə işarə edib.


İslaminSesi Moderator.az-a istinadən  xəbər verir ki, araşdırmaya görə "Facebook"un ölü abunəçilərinin sayı qarşısı alınmaz sürətlə artır. 2004-cü ildə yaradılan və bu gün 2 milyard istifadəçi sayına çatdığı bildirilən "Facebook"un 2012-ci ildə 30 milyon ölü abunəcisi var idi.

 

2018-ci ildəki istifadəçi məlumatları əsasında aparılan araşdırmaya görə, saytın böyümə sürəti indiki kimi olarsa, "ölü istifadəçi" sayı bu əsrin sonunda 4.9 milyarda çata bilər.

İstifadəçisi sayının 2018-ci ildən etibarən heç yüksəlməyəcəyi fərziyyəsinə görə aparılan hesablamada isə "ölü istifadəçi" sayı ən az 1.4 milyard olacaq. 2070-ci ildə də bu say yaşayan istifadəçilərin sayını keçəcək.

 

Tədqiqatçılar belə vəziyyətdə "Facebook"un insanların ölmüş yaxınlarını ziyarət etdiyi bir rəqəmsal qəbiristanlığa çevriləcəyini bildirir.

 

Qeyd edək ki, dünya üzrə hər gün orta hesabla səkkiz min "Facebook" istifadəçisinin öldüyü güman edilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system